YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Budapeşt şəhərində XXI Beynəlxalq Kitab Festivalında təmsil olunacaqdır

Aprelin 24-dən 27-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində XXI Beynəlxalq Kitab Festivalı keçiriləcəkdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, beynəlxalq sərgidə ölkəmizin, onun zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin, eyni zamanda, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının geniş təbliğ olunması nəzərdə tutulmuşdur.

Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin sektor müdiri Çingiz Əlioğlu və mətbuat katibi İntiqam Hümbətov aprelin 23-dən 28-dək Budapeşt şəhərində səfərdə olacaqlar.

Stendimizdə dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə dair, həmçinin ölkəmizin turizm imkanlarını təbliğ edən Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəşr edilən nəfis tərtibatlı çap məhsulları ziyarətçilərə təqdim ediləcəkdir.