YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malena Mard: Avropa İttifaqı öz bazarında Azərbaycan məhsullarını görmək istəyir

Avropa İttifaqının bazarı böyükdür, o öz bazarında Azərbaycanın kənd təsərrüfatı məhsullarını görmək istəyir.

Bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard jurnalistlərə deyib.

O bildirib ki, Avropa İttifaqının bazarı çox böyükdür və bu bazarın əhatə etdiyi ərazidə 500 milyondan çox əhali yaşayır: “Azərbaycanda baş verən müsbət dəyişiklikləri görərək düşünürük ki, bu ölkənin məhsulları bizim tələbatımızı ödəyə biləcək”.

Malena Mard qeyd edib ki, Avropa İttifaqı ərzaq təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlıq edir. Avropada ərzaq təhlükəsizliyi çox ciddi məsələdir. Bu sahədə birgə əməkdaşlığın nəticəsi olaraq əminik ki, Azərbaycan Avropaya öz keyfiyyətli məhsullarını təqdim edəcək.