YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan bir sıra xarici dövlətlərin vətəndaşları üçün viza rejimini sadələşdirdi

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında turizmin inkişafının vacibliyini bir daha diqqətə çatdırıb, bununla bağlı müvafiq tapşırıqlar verib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu istiqamətdə görülmüş işlərin nəticəsi olaraq insanlararası təmasları artırmaq, turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Koreya Respublikası, Malayziya və Sinqapur vətəndaşlarına 2016-cı il fevralın 1-dən etibarən Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin ediləcək.

 

DİGƏR Xəbərlər Arxiv