YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Həyata keçirilən tədbirlər qısa zamanda müsbət təsirini göstərəcək

«Azərbaycan Prezidentinin verdiyi qərarlar birbaşa vətəndaşların maraqlarına xidmət edir». Bu fikri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, hazırda dünya iqtisadi böhranı şəraitində bir çox dövlətlər vəziyyətdən çıxış yolları axtarırlar. Onun sözlərinə görə, neftin qiymətinin ucuzlaşması ölkəmizin gəlirlərinə təsir edib.

«Dövlətimiz belə bir vəziyyətdə yeni məsələləri  nəzərdən keçirilir. Ölkə Prezidentinin atdığı son addımlar və qərarlar çox əhəmiyyətlidir. Yeni iqtisadi şəraitə uyğun olaraq bu qərarlar öz müsbət təsirini göstərməkdədir. Şübhəsiz atılan addımlar böhranın ölkəmizə ciddi təsir etməməsinə yönəlib. İnanrıq ki, həyata keçirilən tədbirlər qısa zamanda müsbət təsirini göstərəcək»- deyə, komitə sədri vurğulayıb.