YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mikişili: Hazırda Azərbaycan iqtisadiyyatı qarşısında bir sıra müasir çağırışlar dayanır

«Hazırda Azərbaycan iqtisadiyyatı qarşısında bir sıra müasir çağırışlar dayanır». Bu fikri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, Prezident İlham Əliyevin iqtisadi və sosial məsələlərərin həlli ilə bağlı keçirdiyi müşavirədə bu çağırışlar, onların yaranma səbəbləri və bu çağırışlara cavab yolları, yeni iqtisadi inkişaf istiqamətləri dəqiq göstərilib. Onun sözlərinə görə, Milli Məclisin növdədənkənar iclasında məhz bu məqsədlərlə cənab Prezidentin təşəbbüsü ilə  iqtisadi qanun layihələri daxil olmuş və qəbul olunmuşdur.

«Bu layihələrin əhəmiyyəti ilə bağlı bir sıra məqamlara toxunmaq lazımdır. Əvvəla, əhalinin banklara qoyduqları əmanətlərin 3 il ərzində limitsiz olaraq tam sığortalanması nəzərdə tutulub. İndiyə qədər bu limit 30 000 səviyyəsində idi. Yəni əmanətlər tam olaraq banklarda nə baş verməsindən asılı olmayaraq dövlət tərəfindən qorunacaq. İkincisi,  fiziki şəxslərin banklara qoyduqları əmanətdən əldə etdikləri gəlirlər vergidən tam azad edildi. Bu indiyə qədər 10% idi. Üçüncüsü, fiziki və hüquqi şəxslər tərəfindən 50 000 dollardan artıq valyuta ölkədən kənara köçürülərsə (buraya təhsil, səhiyyə, cərimələr, kartla alış-veriş daxil deyil), bu məbləğdən artıq məbləğin 20% -i dövlət büdcəsinə ödəniləcək. Dördüncüsü, yerli məhsul, iş və xidmət istehsalçıları dövlət satınalmaları tenderlərində eyni keyfiyyət və şərrtlərlə xarici analoqlara qarşı qiymətdə 20% güzəştə malikdirlər. Yəni yerli istehsalçıların qiymətləri 20% baha olduqda belə onlara üstünlük veriləcək”»- deyə,T.Mirkişili qeyd edib.

DİGƏR Xəbərlər Arxiv