YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Reuters UK” Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatı dəstəkləmək üçün görülən işlərdən yazıb

Britaniyada fəaliyyət göstərən “Reuters UK” xəbər agentliyi beynəlxalq maliyyə böhranı fonunda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə iqtisadiyyatı dəstəkləmək üçün görülən genişmiqyaslı işlərdən bəhs edib.

Məqalədə bildirilir ki, Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə, ölkə başçısı, valyutaya, manatın məzənnəsinə və dövlət aktivlərinə nəzarət, bankaların dirçəlişinə dəstək və başqa mövzularda ciddi tapşırıqlar verib. Dövlət başçısı Milli Məclisin növbədənkənar iclasında valyuta bazarındakı qaydaların gücləndirilməsi ilə bağlı hökumətin təkliflərinin müzakirə olunmasının vacib olduğunu vurğulayıb. Həmin iclasın gündəliyinə əmanətlərin sığortalanması, vergi və bank konsolidasiyası məsələləri də daxil edilməlidir. Prezident İlham Əliyev bildirib ki, biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir.

Müəllif, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən digər işlərə də toxunaraq, ölkə başçısının sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncamını nümunə olaraq göstərib.

 

DİGƏR Xəbərlər Arxiv