YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Dövlətimiz mənfi tendensiyaların aradan qaldırılması yönündə mühüm addımlar atır

«Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatı ilə bağlıdır. Ona görə də, qlobal müstəvidə baş verənlər ölkəmizə təsirsiz ötüşmür». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, milli valyutanın devalvasiyaya uğramasında neftin qiymətinin ucuzlaşması ilə yanaşı, dünya miqyasında baş verən bir sıra siyasi hadisələrin də mühüm rolu var. Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi də birbaşa bizim ölkəmizin də milli gəlirlərinin aşağı düşməsinə səbəb olur.

«Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir və baş verənlər bizim də iqtisadiyyatımıza mənfi təsirini göstərir. Amma ölkə Prezidentinin də çıxışında qeyd olunduğu kimi, manatın devalvasiyası ilə bağlı hər hansı süni ajiotajın yaradılmasına yol verilməyəcək. Dövlətimiz mənfi tendensiyaların aradan qaldırılması yönündə mühüm addımlar atır»- deyə, İ.Məmmədov vurğulayıb.