YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pekində Asiya İnfrastruktur İnvestisiya Bankının açılış mərasimi olub

Çinin paytaxtı Pekində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) açılış mərasimi keçirilib.

Banka üzv olan 57 ölkədən nümayəndələrin qatıldıqları tədbirdə Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin çıxış edərək yeni maliyyə qurumunun Asiya regionunda, o cümlədən İpək Yolu iqtisadi kəməri üzərində yerləşən ölkələr arasında iqtisadi əməkdaşlığa töhfə verəcəyinə inandığını deyib.

Tədbirdə Koreya Respublikası və Lüksemburq nümayəndə heyətlərinin rəhbərləri, AİİB-in prezidenti Cin Liçun çıxış edərək ÇXR Sədri Si Cinpinin 2013-cü ilin oktyabrında irəli sürdüyü təşəbbüs əsasında yaradılan bankın infrastruktur layihələrini maliyyələşdirməklə regionun inkişafında yeni mərhələ olacağını deyiblər.

Sonra banka üzv olan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri AİİB-in fəaliyyətə başlamasını bildirən rəmzi düyməni sıxıblar.

Azərbaycanı mərasimdə ölkəmizin Pekindəki səfirliyi təmsil edib.

Qeyd edək ki, Azərbaycan ÇXR Sədrinin AİİB-in yaradılması təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub. Ötən il iyunun 29-da Pekində AİİB-in yaradılması haqqında Sazişin imzalanması mərasimində Azərbaycan hökuməti adından sənədi maliyyə naziri Samir Şərifov imzalamışdı.

Bankın nizamnamə kapitalı başlanğıc mərhələdə 50 milyard dollar olacaq, sonra isə 100 milyard dollaradək artırılacaq.