YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ülviyyə Həmzəyeva: Azərbaycanda mədəniyyətin inkişafına böyük diqqət var

«Azərbaycanda mədəniyyətin inkişafına böyük diqqət var. Mədəniyyət dedikdə muzeylərimiz, kitabxanalarımız, ədəbiyyatımız, folklorumuz, ana dilimiz, muğamımız, kinomuz, teatr sənətimiz, tarixi abidələrimiz, xalça sənətimiz, memarlığımız, təsviri incəsənətimiz, monumental heykəltəraşlığımız, miniatür sənətimiz və başqa sahələr göz önündə canlanır. Bu sahələrdən hər hansı birinin inkişafı  haqqında danışanda Ulu öndər Heydər Əliyevin  misilsiz xidmətlərini görürük». Bu fikirləri Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.

Ü.Həmzəyeva bildirib ki, Ulu öndər Heydər Əliyev mədəniyyətimizin inkişafı üçün hər zaman əzmkarlıq, fədakarlıq, təşəbbüs və yüksək təşkilatçılıq nümunəsi göstərib. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu ilk dövrdə, Sovetlər dönəmində Azərbaycan mədəniyyəti sürətlə inkişaf edib.

«Yüksək dəyərli əsərlər yaranmış, onlar ittifaq və respublika səviyyəsində mükafatlandırılmışdır. Ədəbiyyat və incəsənət xadimlərimiz Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti fəxri adlarına layiq görülmüşlər. Yeni mədəniyyət obyektləri inşa edilmişdir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Ümummilli liderimiz Heydər Əliyevin mədəniyyət siyasəti uğurla davam etdirilir. Yeni mədəniyyət müəssisələri, konsert salonları inşa olunur, teatrlarımız, muzeylərimiz, kitabxanalarımız təmir olunur, sənət adamlarına böyük qayğı göstərilir»- deyə, Ü.Həmzəyeva qeyd edib.