YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb

«Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində təhsil sahəsində çox böyük islahatlar gedir». Bu fikri Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova bildirib ki, son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Onun sözlərinə görə, təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib.

«Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib. Milli təhsilimizin dünya ölkələri təhsilinə inteqrasiyası çox böyük sürətlə həyata keçirilir. Dövlətin strateji sahələrindən biri olan təhsilimiz ümumbəşəri  və milli dəyərlərimiz əsasında formalaşmaqdadır. XXI əsr Azərbaycanın təhsil tarixində islahatlar əsri kimi yaddaşlarda qalacaq»- deyə, D.Cəbrayılova vurğulayıb.