YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

London merinin müavini: Azərbaycanın möhtəşəm tarixi irsi və mədəniyyəti var

Azərbaycanın möhtəşəm tarixi irsi və mədəniyyəti var.

Bu sözləri London merinin təhsil və mədəniyyət üzrə müavini Munira Mirza “Lumiere London” festivalı çərçivəsində AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan son illərdə beynəlxalq səviyyədə özünü çox gözəl tanıdıb və tanıtmaqda davam edir. “Düşünürəm ki, Azərbaycan da bu cür festivalları özünün dünya şöhrətli sənətkarlarından istifadə edərək çox gözəl təşkil edə bilər. Dünyanın bir çox sənətkarlarının və incəsənət şirkətlərinin Azərbaycanda bu cür festivalların bir hissəsi olmaq üçün can atacağından əminəm. Çünki müxtəlif mədəniyyətləri kəşf etmək, onları qəbul etmək hər zaman faydalıdır”, - deyə M.Mirza qeyd edib.