YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsi istifadəyə tam hazırdır

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində tikinti-quraşdırma işləri tam başa çatdırılıb.

Bu barədə yanvarın 14-də “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin direktoru Mamuka Baxtadze məlumat verib. O deyib ki, dəmir yolu xəttinin Gürcüstan hissəsi istifadəyə tam hazırdır. Bu vacib layihə ölkələrimiz üçün çox mühüm əhəmiyyət kəsb edir. Türkiyə tərəfində bir az işlər qalıb. İnanırıq ki, qonşu ölkədə də işlər vaxtında başa çatdırılacaq və Bakı-Tbilisi-Qars dəmir yolu bu il istifadəyə veriləcək.

M.Baxtadze bildirib ki, Gürcüstan və Azərbaycan İran körfəzi ilə Qara dəniz limanlarını birləşdirəcək nəqliyyat sahəsinin inkişafında çox mühüm mərhələdədirlər. Bu cür layihələr ölkələrimizin inkişafında mühüm rol oynayacaq.

Xatırladaq ki, BTQ dəmir yolu Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərarası müqavilə əsasında tikilir. Layihə çərçivəsində ilkin mərhələdə ildə 1 milyon nəfər sərnişin və 6,5 milyon ton yük daşınması planlaşdırılıb. Sonrakı illərdə isə ildə 17 milyon ton yük daşınması nəzərdə tutulub.

 

DİGƏR Xəbərlər Arxiv