YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımaların tarifləri fevralda müəyyənləşəcək

Fevral ayının ortalarınadək Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalar üçün vahid tarif müəyyənləşəcək.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə tariflər artıq müəyyənləşdirilib, sadəcə olaraq Ukrayna tərəfi fevral ayının ortalarınadək İliçevsk yaxud  Odessadan Gürcüstanın Batumi və Poti limanlarına qədər olan məsafəni müəyyən etdikdən sonra sonuncu qiymət müəyyənləşdiriləcək və ictimaiyyətə açıqlanacaq.

QSC sədri qeyd edib ki, məqsəd qiymətlərin rəqabətə davamlı olmasını təmin etməkdir.

 

DİGƏR Xəbərlər Arxiv