YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevda Abramov: İnsan hüquq və azadlıqlarının təminatı Azərbaycan dövlətinin başlıca prinsiplərindəndir

«İnsan hüquq və azadlıqlarının təminatı Azərbaycan dövlətinin başlıca prinsiplərindəndir». Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib. 

Y.Abramov bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin edilməsi istiqamətində çox mühüm addmlar atılır. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" buna nümunədir. 

«Beynəlxalq təşkilatlar da etiraf edir ki, Azərbaycan insan hüquqları sahəsində böyük uğurlar əldə edib. Biz bu sahədə beynəlxalq təşkilatlarla təzyiq altında deyil, bərabərhüquqlu üzv kimi əməkdaşlıq etmək niyyətindəyik. İnsan hüquqlarının yüksək səviyyədə təminatı dövlətimizin tutduğu yolun əsas tərkib hissəsidir»- deyə, komitə sədrinin müavini qeyd edib.