YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səttar Mehbalıyev: Qeyri-neft sektorunu daha da inkişaf etdirməliyik

«Dünyada baş verən maliyyə-iqtisadi böhranı və neftin qiymətinin aşağı düşməsi Azərbaycana da mənfi təsir edir». Bu fikri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev bildirib ki, ölkə Prezidentinin dediyi kimi, mənfi proseslərin ölkəmizə təsirini minimuma endirmək  üçün qeyri-neft sektorunu daha da inkişaf etdirməliyik. Onun fikrincə, xarici investisiyaların həcmi artırılmalıdır.

«Azərbaycan dünya bazarında nəhəng dövlətlərlə rəqabətə dözümlü olmaq üçün mövcud təlabata uyğun məhsullar istehsal etməlidir. Dünya bazarına daxil olmaq asan deyil. Alıcılar tapmaq üçün Azərbaycan daha tələbatlı məhsullar istehsal etməlidir»- deyə, S.Mehbalıyev vurğulayıb.