YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa ölkələri sərhəd keçid rejiminin tətbiqinə başlayır

Rəsmi Stokholmun İsveç ilə Danimarka sərhədində pasport nəzarətini gücləndirdikdən sonra Danimarka da Almaniya ilə sərhədlərini gücləndirib. Beləliklə, İsveç və Danimarka Şengen zonasına daxil olan dövlətlər kimi sərhədlərinə pasport nəzarət sistemini tətbiq edib. Bu isə vətəndaşların sərhədləri keçməsi üçün müvafiq sənədlərin tələb olunması ilə nəticələnib. Danimarkanın inteqrasiya naziri İnger Stoyberg Avropa Komissiyasına ünvanladığı məktubda qeyd edib ki, hələ ki sərhədlərin gücləndirilməsi Almaniyaya tətbiq ediləcək, ancaq gələcəkdə digər qonşu ölkələrin sərhədlərinə də aid edilə bilər. Belə qərarın verilməsi onunla bağlıdır ki, Danimarka daxili təhlükəsizliyin təmin edilməsi və qanunsuz miqrantların sərhəddi sərbəst keçməsinin qarşısını almaq istəyir.