YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Mirzəzadə: Sammit dünyanın nüfuzlu dövlətlərinin rəhbərlərinin təhlükəsizliklə bağlı mövqelərini öyrənən xüsusi əhəmiyyətli bir tədbirə çevrilib

«Azərbaycan Prezidenti İlham Əliyevin bu il ABŞ-da keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi Birləşmiş Ştatlardakı erməni diaspor təşkilatlarının apardığı antiazərbaycan kampaniyasına Ağ Ev tərəfindən verilən qəti cavabdır». Bu fikri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, erməni diaspor təşkilatları, dairələri vaxtaşırı ABŞ-ın Azərbaycana qarşı sanksiya tətbiq etməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun düşməsinə cəhd göstərirdilər. Onun sözlərinə görə, bununla belə, ABŞ prezidenti Barak Obama Azərbaycan Prezidentini sammitə dəvət etdi. Azərbaycan Prezidenti İlham Əliyevin bu il ABŞ-da keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi Azərbaycanın dövlətçiliyinə verilən qiymətdir. 

«Bu sammit dünyanın nüfuzlu dövlətlərinin rəhbərlərinin təhlükəsizliklə bağlı mövqelərini öyrənən xüsusi əhəmiyyətli bir tədbirə çevrilib. Barak Obama tərəfindən Azərbaycan Preizdentinə dəvət göndərilməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı dövlətçilik nüfuzundan, onun iqtisadi inkişafına verilən qiymətdən xəbər verir.  Bu, Azərbaycanın beynəlxalq aləmdə təhlükəsizliyə verdiyi töhfənin qiymətləndirilməsidir. Azərbaycan Prezidenti İlham Əliyevin sammitə dəvət edilməsi ilə Azərbaycan müstəqil bir dövlət kimi beynəlxalq aləmdə nüfuza malik olduğunu bir daha təsdiq etdi»- deyə, A.Mirzəzadə vurğulayıb.