YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Paytaxtda 72 yeni parkinq tikiləcəkdir

Paytaxtın nəqliyyat problemlərinin aradan qaldırılması məqsədi ilə 72 parklanma ərazisinin tikintisi planlaşdırılmışdır. Onların inşası tədricən həyata keçirilir. Bununla bağlı Nəqliyyat Nazirliyi Bakı şəhərinin parklanma strategiyasını hazırlamışdır.

Bu barədə 2-ci Xəzər Beynəlxalq “Yol və yeraltı infrastruktur–urbanizasiya problemlərinin həlli yolları” mövzusunda keçirilən konfransda Nəqliyyat Nazirliyinin nümayəndəsi Heydər Turabov məlumat vermişdir. Bildirilmişdir ki,

Proqramda paytaxt ərazisi üç parkinq zonasına bölünmüş və hər zona üçün optimal parklanma növləri və yerləri müəyyənləşdirilmişdir.

Şəhərin mərkəzi hissəsi tarixi abidələrlə zəngin olduğundan burada əsasən yeraltı parkinqlərə üstünlük verilir. Digər zonalarda isə yeraltı və yerüstü parkinqlər inşa edilir.