YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çində ilk sərnişindaşıyan dron istehsal olunub

Britaniyanın “The Guardian” nəşri “Assiciated Press” agentliyinə istinadla xəbər verir ki, Çinin “Ehang” şirkəti dünyanın ilk insan daşıyan dronunu istehsal etdiyini bəyan edib. Las Veqasda keçirilən beynəlxalq sərgidə nümayiş olunan “Ehang 184” adlanan cihaz 100 kq-dək çəkidə yük daşıya bilir. Dron yerdən 300-500 metr yüksəklikdə saatda 100 km sürətlə uçmaq imkanına malikdir. Cihazın ilkin qiyməti 200-300 min ABŞ dolları dəyərində müəyyənləşdirilib.

Gələcəkdə yaradılacaq uzaqdan idarəetmə mərkəzi vasitəsilə ehtiyac yarandıqda dronun təhlükəsiz enişi həmin mərkəzdən təmin oluna biləcək.