YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qorxmaz Hüseynov: Hazırda Bakı şəhəri üzrə xidmət göstərilən əhalinin 80 faizə yaxını fasiləsiz rejimdə içməli su ilə təmin olunur

“Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqram”larında istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir. Bu fikri «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov deyib.

Q.Hüseynov bildirib ki, bu vəzifələrdən irəli gələn məsələlərin həlli  2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla hazırlanmış “Abşeron yarımadasının su təchizatı,  kanalizasiya sistemləri və yağış suları sistemlərinin  Master Plan”ı çərçivəsində həyata keçirilir. Onun sözlərinə görə, 2010-2015-ci illər ərazində Abşeron yarımadasında içməli su təchizatının yenidən qurulması məqsədilə çoxsaylı layihələr həyata keçirilmişdir.

«Bu layihələr çərçivəsində 2100 km-dən artıq magistral və şəbəkə su xətti, 350 km kanalizasiya kollektoru və xətti tikilmiş, 39 ədəd anbar istifadəyə verilmişdir. Eyni zamanda 1100-dən artıq çoxmənzilli yaşayış binasının içməli su şəbəkəsi, 4550-dən artıq binanın zirzəmisində kanalizasiya xətləri yenilənmiş,  265 min smart sayğac quraşdırılmışdır. Görülmüş işlər nəticəsində ilk dəfə mərkəzləşdirilmiş qaydada su ilə təmin olunmuş əhalinin sayı 270 min nəfər, fasiləsiz rejimdə içməli su ilə təmin olunanların sayı 1 mln 550 min nəfər artmışdır. Yeri gəlmişkən, hazırda Bakı şəhəri üzrə xidmət göstərilən əhalinin 80 %-ə yaxını fasiləsiz rejimdə içməli su ilə təmin olunur»- deyə, Q.Hüseynov vurğulayıb.