YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin payız sessiyasının son iclası keçirilir

Dekabrın 29-da Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının son iclası öz işinə başlayıb.

Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik təsdiq edilib.

Sonra deputatlar cari məsələləri müzakirə ediblər.

Milli Məclisin deputatları iclasda Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavininin və auditorlarının təyin edilməsi haqqında, Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında”, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında”, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında”, Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” əsasnamələrdə, “Diplomatik xidmət haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Dövlət rüsumu haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Polis haqqında”, “Avtomobil yolları haqqında", “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Təhsil haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Publik hüquqi şəxslər haqqında” qanunlarda, Əmək, İnzibati Xətalar məcəllələrində, Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihələrinə baxacaqlar.

İclasda, həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə ediləcək.

Deputatlar “Lisenziyalar və icazələr” haqqında Azərbaycan Respublikası qanununun layihəsini də nəzərdən keçirəcəklər.

Parlament Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətini də təsdiq edəcək.