YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Ölkəmizin turizminin dünyaya tanıdılması vacib məsələlərdəndir

Hazırda qarşımızda duranəsas vəzilərdən biri turizm sektorunun inkişaf etdirilməsidir. Bu fikri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev bildirib ki, Azərbaycana gələn turistlərin sayı ildən ilə artmaqdadır. Onun sözlərinə görə, ölkəmizin turizminin dünyaya tanıdılması da vacib məsələlərdəndir.

«İllər əvvələ nəzər saldıqda görə bilərik ki, rayonlarımızda istirahət üçün heç bir şərait yox idi. Amma indi bölgələrimizdə yeni və hər cür şəraiti olan mehmanxanalarımız mövcuddur. Bu da turistlərin axınına təkan verir. Bir neçə il bundan öncə Azərbaycana gələn turistlərin sayı 400 min idisə, əminliklə deyə bilərik ki, hazırda turistlərin sayı 2 milyona çatıb»- deyə, nazir vurğulayıb.