YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Rəsmi İrəvan indiyə qədər münaqişənin həllinə mane olmaq üçün dəfələrlə təxribatlara əl atıb

«Rəsmi İrəvan indiyə qədər münaqişənin həllinə mane olmaq üçün dəfələrlə təxribatlara əl atıb və bunu davam etdirməkdədir». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Ermənistanın müharibənin başlayacağı ilə bağlı hədələyici tonda bəyanatları sabun köpüyündən başqa bir şey deyil. Onun sözlərinə görə, erməni tərəfi ordumuzun qarşısında acizdir.

«Əgər ermənilər həqiqətən müharibə istəmirlərsə, işğalçı qoşunu ölkəmizin ərazisindən çıxarmalıdırlar. Əks halda, müharibə qaçılmaz ola bilər. Əgər diplomatik danışıqlar nəticə verməsə, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək»- deyə, R.Musabəyov qeyd edib.