YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Rəsul Usul: Azərbaycan türkdilli ölkələr arasında böyük əlaqələndirici imkana malikdir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin strateji araşdırma mərkəzləri arasında əməkdaşlıq əlaqələri böyük bir coğrafiyada ümumi inkişaf istiqamətlərinin dəyərləndirilməsinə böyük töhfələr verir.

AZƏRTAC-a müsahibəsində bu fikri önə çəkən Türkiyə Respublikası Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Rəsul Usul deyib: “Azərbaycan strateji geosiyasi mövqeyi və zəngin resursları ilə türkdilli ölkələr, o cümlədən Türkiyə ilə Qafqaz bölgəsi arasında böyük əlaqələndirici imkana malikdir. Azərbaycanla Türkiyə arasındakı münasibətlərin əsasında ölkələrimizin və xalqlarımızın qardaşlığı dayanır. Bundan başqa, birgə həyata keçirdiyimiz beynəlxalq iqtisadi layihələrdə əsas qaynaq Azərbaycanın zəngin təbii imkanlarıdır. Bir sözlə Azərbaycanın strateji imkanları Anadolu, Qafqaz və Orta Asiya üçün həlledici əhəmiyyətə malikdir.”

 

DİGƏR Xəbərlər Arxiv