YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cabir Ənsari: İran Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır

İran Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır.

Bu fikri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Cabir Ənsari dekabrın 21-də keçirdiyi həftəlik mətbuat konfransında söyləyib. O bildirib ki, hazırda Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin rəhbərliyi ilə böyük nümayəndə heyətinin İranda səfərdə olması əlaqələrimizin inkişaf mərhələsində olduğunu göstərir. Rəsmi şəxslərin və iş adamlarının aparacaqları müzakirələr və veriləcək qərarlar ölkələrimizin daha da yaxınlaşmasına səbəb olacaq. İqtisadi əlaqələrin genişləndirilməsi isə hər iki tərəf üçün xüsusilə əhəmiyyətlidir.