YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Səlimov: Azərbaycan dövləti söz və mətbuat azadlığının təmin olunması sahəsində ardıcıl siyasət həyata keçirir

«İqtidar yaxud müxalifətyönümlü olmasından asılı olmayaraq, hər bir jurnalist sərbəst şəkildə öz fikirlərini bildirərək ictimai rəyə təsir göstərə bilər». Bu fikri Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov Avropa İttifaqı və Avropa Şurasının birgə təşkilatçılığı ilə “İfadə azadlığı: Jurnalistlərin təhlükəsizliyi, gender bərabərliyi və Media” mövzusunda keçirilən dəyirmi masada deyib.

V.Səlimov bildirib ki, jurnalistlərin ifadə azadlığının təmin olunması ilə təhlükəsizliyinin qorunması bir-birilə bağlı məsələlərdir. Onun sözlərinə görə, demokratik cəmiyyətə sahib dövlətlərdə, o cümlədən Azərbaycanda bunlar öz həllini tapıb.

«Azərbaycan dövləti söz və mətbuat azadlığının təmin olunması sahəsində ardıcıl siyasət həyata keçirir. Siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının, o cümlədən də jurnalistlərin ifadə azadlığı dövlət tərəfindən təmin olunur. Dövlət orqanları tərəfindən onlara heç bir təzyiq olunmur. Cənab Prezident İlham Əliyev də çıxışlarında qeyd etdiyi kimi “KİV-in təhlükəsizliyinin təmin olunması demokratik cəmiyyətin əsas sütunlarından biridir»- deyə, V.Səlimov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv