YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan səfiri Fransa portalına müsahibəsində ölkəmizlə bağlı həqiqətlərdən bəhs edib

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov www.lenouveleconomiste.fr saytına müsahibəsində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin geosiyasi mövqeyi, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına töhfələri və s. haqqında danışıb.

Səfir Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verərək ölkəmizin ərazisinin 20 faizinin işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz yurd–yuvalarından didərgin salındığını diqqətə çatdırıb. O, BMT-nin və digər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamə və qərarlarına hələ də əməl olunmadığını vurğulayıb. Diplomat Dağlıq Qarabağ münaqişəsinin Avropa mətbuatında lazımi səviyyədə işıqlandırılmasının vacibliyini qeyd edib.

E.Əmirbəyov geosiyasi mövqeyinə görə Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanda müxtəlif xalqların sülh, dostluq şəraitində yaşadığını, antisemitizmin heç bir əlamətinin olmadığını bildirib.

Səfir müsahibəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal rol oynadığını və bu sahədə bir çox layihələrin təşəbbüskarı olduğunu diqqətə çatdırıb. O, həmçinin Azərbaycanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib.

 

DİGƏR Xəbərlər Arxiv