YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov Qazaxıstan Parlamenti Məclisinin sədri Habibulla Yakupovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

İyunun 12-də Milli Məclisin sədri Oqtay Əsədov Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Habibulla Yakupovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə Habibulla Yakupov iki ölkə arasındakı müxtəlif sahələrdə mövcud olan əməkdaşlıqdan məmnunluqla söz açmışdır. Bildirmişdir ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra dövlət başçılarının siyasi iradəsi sayəsində əlaqələrimiz daha yüksək səviyyəyə çatmışdır.

Qonaq iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində dövlət başçılarının və parlamentlərarası əlaqələrin rolundan danışmışdır.

Habibulla Yakupov vurğulamışdır ki, hər iki ölkə müxtəlif beynəlxalq təşkilatlarda daim bir-birinə dəstək verir.

Azərbaycan-Qazaxıstan münasibətlərindən danışan Milli Məclisin sədri Oqtay Əsədov demişdir ki, iki ölkə arasındakı münasibətlər dərin tarixi köklərə söykənir. Xalqlarımız arasında dostluq münasibətləri mövcuddur. O vurğulamışdır ki, hazırda Azərbaycan ilə Qazaxıstan arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədədir.

Milli Məclisin sədri ümidvar olduğunu bildirmişdir ki, hər iki ölkə bundan sonra da əməkdaşlığın potensialını artıracaqdır.

O.Əsədov Qazaxıstan tərəfinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirmişdir.

Görüşdə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

DİGƏR Xəbərlər Arxiv