YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə qaçış yarışı keçiriləcəkdir

İyunun 14-də “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Tofiq Bəhramov adına Respublika stadionunda qaçış yarışı keçiriləcəkdir.

“YARAT” Müasir İncəsənət Məkanının mətbuat xidmətindən bildirmişlər ki, yarışın əsas məqsədi Azərbaycan gəncliyi arasında sağlam həyat tərzini təşviq etməkdir.

Qaçış yarışı 1000 metr məsafədə baş tutacaq və 3 yaş qrupu (14 – 17, 17 – 20, 20 və yuxarı) üzrə keçiriləcəkdir.

Qaliblər üçün simvolik mükafatlar – I, II və III yerlər üçün müvafiq olaraq 150, 100 və 50 manat nəzərdə tutulmuşdur.

Tədbirdə məşhur DJ Pançonun musiqisi səslənəcəkdir.

Yarışın rəsmi tərəfdaşları “ASAN xidmət”, Azərbaycan Respublikası Peyntbol və Atletika federasiyalarıdır.

İştirakçıların qeydiyyatı iyunun 14-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda müvafiq köşkdə həyata keçiriləcəkdir.

Qaçış yarışında iştirak etmək istəyənlər info@yarat.az elektron poçtuna və ya 012 505 14 14 nömrəli telefonla iyunun 13-də saat 18:00-dək təşkilat komitəsinə məlumat verməlidirlər. Məlumatda iştirakçının adı, soyadı, atasının adı, təvəllüdü, telefon nömrəsi və elektron poçtu qeyd edilməlidir.

İştirakçılar qeydiyyat günündə şəxsiyyət vəsiqələri ilə müraciət etməlidirlər.

Yarışa hər yaş qrupu arasında 10 dəqiqə vaxt intervalı ilə start veriləcəkdir.

Qaçış yarışmasında iştirak edəcək şəxslərin özləri ilə idman ləvazimatları (forması, şort, idman şalvarı, mayka, idman ayaqqabısı) götürmələri zəruridir.