YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı ali hərbi rütbə, orden və medallarla təltif edilib

Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşının ali hərbi rütbə, yüksək fəxri adlar, orden və medallarla təltif olunması barədə sərəncamlar imzalayıb.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, üç nəfərə general-mayor ali hərbi rütbəsi verilib.

Dövlətimizin başçısının digər Sərəncamı ilə isə üç nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, yeddi nəfər “Hərbi xidmətlərə görə”, 3 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalları, 19 nəfər “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

 

DİGƏR Xəbərlər Arxiv