YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Əfvlə bağlı bütün müraciətlər araşdırılır

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası əfvlə bağlı bütün müraciətləri araşdırır. Bu barədə komissiyanın üzvü, Milli Məclisin deputatı Azay Quliyev bildirib.

A.Quliyev qeyd edib ki, hazırda komissiya öz işini davam etdirir. Onun sözlərinə görə, komissiyanın səlahiyyətləri ondan ibarətdir ki, daxil olmuş müraciətləri əsasnaməyə uyğun şəkildə araşdırsın və bundan sonra müvafiq qaydada cənab Prezidentə tövsiyə xarakterli bir təklif təqdim etsin.

A.Quliyev əlavə edib ki, hazırda bu proses davam edir: «Bütün işlər başa çatandan sonra son söz cənab Prezidentin olacaq».