YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Fövqəladə hallar və təhlükəsiz həyat” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə dekabrın 10-da Bakıda “Fövqəladə hallar və təhlükəsiz həyat” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.

Konfransda fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə,  AMEA-nın institutlarının direktorları, Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin akademiyalarının, Heydər Əliyev adına Ali Hərbi Məktəbin, həmçinin Rusiya, Belarus, Ukrayna, Qazaxıstanın Fövqəladə Hallar nazirliklərinin və müvafiq akademiyalarının nümayəndələri iştirak edirlər.

Konfrans rəsmi açılış mərasimindən sonra bölmə iclasları ilə işini davam etdirəcək.

Elmi-praktiki konfrans dekabrın 11-də başa çatacaq.