YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk kinosunun sultanı Türkan Şoray “Uzaqlarda arama” filminin qala–gecəsində iştirak etmək üçün Bakıya gəlib

Türk kinosunun sultanı Türkan Şoray rejissoru olduğu “Uzaqlarda arama” filminin qala–gecəsində iştirak etmək üçün Bakıya gəlib.

Qala-gecə dekabrın 9-da Nizami Kino Mərkəzində baş tutub.

Qala–gecəsinə Türkan Şorayla yanaşı, filmin yaradıcı qrupunun digər üzvləri də qatılıblar.

Alqışlarla kino mərkəzinə daxil olan Türkan Şoray tamaşaçılarla birlikdə filmi seyr edib.

Ssenari müəllifi Onur Ünlü olan film dramatik komediya janrında lentə alınıb. Rəsmi qərarla şəhər mərkəzindən qəsəbəyə köçürülən kazino qəsəbənin sakinləri arasında təşvişə səbəb olur. Ərlərinin kazinoya ayaq açmasından narahat olan xanımlar orada çalışan qadınlarla mücadiləyə başlayırlar. Amma qəsəbə kişilərinin əhvalı yerindədir. Heç kim hələ bilmir ki, bütün bu həngamənin içində sonradan hamının şahidi olacağı böyük eşq yaşanacaq.

Rollarda Türkan Şorayın qızı Yağmur Ünal, Ekin Türkmen, Sevda Erginci, Mehtap Bayrı, Elif Atakan, Pınar Göktaş, Esra Ergün, Aslı Samat, Mustafa Uğurlu və digər aktyorlar çəkiliblər.

Filmin nümayişindən sonra Türkan Şoray və Yağmur Ünal mətbuat konfransı keçirib, jurnalistlərin suallarını cavablandırıblar.