YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib

Dekabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş səfiri Mohamed Hamel Alqubaisi ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnunluğunu bildirən səfir ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.