YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Azərbaycanda səhiyyənin inkişafı da Ulu öndər Heydər Əliyevimn adı ilə bağlıdır

«Həm sovetlər hakimiyyəti, həm də müstəqillik dövründə Ulu öndər Heydər Əliyev yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət edib. Azərbaycan məhz Heydər Əliyevin rəhbərliyi ilə inkişaf edib, böyük tərəqqi yoluna çıxıb». Bu fikirləri Azərbaycan Tibb Universitetinin rektoru, akademik, millət vəkili Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, yaşadığımız XXI əsrin özündə də ölkəmizin inkişafının əsasında Heydər Əliyevin ideyaları, zəngin irsi dayanır. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları bu həqiqəti etiraf edirlər ki, ölkənin tərəqqisi, inkişafı, dünya birliyində özünə layiqli yer tutması və mövqelərini möhkəmləndirməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

«Azərbaycanda səhiyyənin inkişafı da Ulu öndər Heydər Əliyevimn adı ilə bağlıdır. Prezident İlham Əliyev Ümumilli liderimizin yolunu uğurla davam etdirir. Bu gün səhiyyəmiz sürətlə inkişaf edir, ölkəmizin bütün bölgələrində yeni-yeni tibb ocaqları tikilib istifadəyə verilir. Bütün bunların hamısı insanların sağlamlığının təmin olunması məqsədi ilə həyata keçirilir. Bu gün səhiyyə sahəsinin inkişafı ölkə Prezidentinin diqqət mərkəzindədir»- deyə, akademik vurğulayıb.