YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Tacikistan arasında dini, mədəni və humanitar sahələrdə əməkdaşlıq inkişaf edir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı dekabrın 2-də Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov ilə görüşüb.

DQİDK-dan bildiriblər ki, komitə sədri Tacikistan ilə Azərbaycan arasında tarixi kökləri olan mövcud dostluq münasibətlərindən, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrdən danışıb. O, dövlət tərəfindən İslam dininə etiqad edən şəxslərlə yanaşı, Azərbaycanda yaşayan müxtəlif dini konfessiyaların nümayəndələrinə də daim xüsusi diqqət göstərildiyini bildirib, ölkəmizin malik olduğu uğurlu tolerantlıq modelindən söhbət açıb.

Zohir Saidov ölkələrimiz arasında dini, mədəni və humanitar sahələrdə əməkdaşlığı yüksək qiymətləndirərək bildirib ki, ikitərəfli münasibətlərimiz müxtəlif sahələrdə uğurla inkişaf edir.