YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sədrinin müavini: Qadınların ölkəmizin gənc nəslinin mənəvi tərbiyəsində rolunun artırılmasına xüsusi ehtiyac var

«Keçdiyimiz yol kifayət qədər şərəfli, hadisələrlə zəngin olan yoldur. Bununla yanaşı, qarşımızda da daha möhtəşəm və əzəmətli yol, daha məsuliyyətli vəzifələr dayanır. O cümlədən, YAP Qadınlar Şurasının üzvlərinin də üzərinə düşən vəzifələr var». Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov YAP Qadınlar Şurasının 20 illik yubileyi münasibətilə keçirilən tədbirdə deyib.

Əli Əhmədov bildirib ki, YAP olaraq biz Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsini arzulayırıq. Onun fikrincə, YAP-ın özünün nüfuzunun daha da güclənməsində də qadınların rolunu artırmağa ehtiyac var.

«Partiyamızın qadın üzvlərinin sayı kifayət qədərdir, onlar YAP üzvlərinin 40 faizdən çoxunu təşkil edirlər. Bu, qadınların partiyamızda nə qədər geniş təmsilçiliyini sübut edir. Amma partiyada təmsilçiliyi yalnız statistika ilə deyil, onların daha çox ictimai-siyasi həyatda yaxından iştirakı vasitəsilə sübut etməliyik. Qadınların ölkəmizin gənc nəslinin mənəvi tərbiyəsində rolunun artırılmasına xüsusi ehtiyac var. İndiki dövrdə kənarda cərəyan edən hadisələr fonunda qadınlarımızın gənclərin mənəvi tərbiyəsində təsirini daha da artırmaq mümkündür”, - deyə YAP Sədrinin müavini vurğulayıb. 
Əli Əhmədov bildirib ki, YAP-ın qarşısında duran vəzifələrdən biri də bütövlükdə qadınlarımızın ictimai-siyasi fəallığının daha da artırılması üçün təqdim etdiyi meydanın daha da genişlənməsi ilə əlaqədardır: “Ölkəmizdə qadınların ictimai-siyasi proseslərdə iştirakçılığı üçün geniş imkanlar yaradılıb. Amma bizim qarşımızda duran vəzifə odur ki, bu meydanı daha da genişləndirək. Nə qədər ölkəmizin inkişafı üçün sağlam iddialı qadınlar ortaya çıxıb özlərini cəmiyyətə təqdim edərlərsə, bu, bütövlükdə ictimai-siyasi potensialımızın güclənməsinə xidmət göstərər. Beləliklə, biz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə qadınların iştirak payının artırılmasına nail ola bilərik”.

DİGƏR Xəbərlər Arxiv