YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Cəmiyyətimizin nüfuzlu, tanınmış ziyalı qadınları YAP-ın sıralarında cəmləşiblər

«Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunan şəxslərin 50 faizi qadınlardan ibarətdir. Bu, onların siyasi fəallığının göstəricisi olmaqla yanaşı, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyaya olan böyük inam və etimadın nümunəsidir». Bu fikirləri YAP Qadınlar Şurasının sədr müavini, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, qadınlarımız YAP-ın ümumxalq partiyası olaraq daim xalqın maraqlarını ifadə etdiyini aydın şəkildə dərk edirlər. Onun sözlərinə görə, təsadüfi deyil ki, cəmiyyətimizin nüfuzlu, tanınmış ziyalı qadınları YAP-ın sıralarında cəmləşiblər.

«Bütövlükdə isə hesab edirəm ki, qadınlarımızın ictimai proseslərdə fəallığı daha da artır. Bu gün YAP Qadınlar Şurasının 20 illik yubileyi qeyd olunur. Düşünürəm ki, bu dövr ərzində təşkilat uğurlu fəaliyyət göstərib. YAP-da təmsil olunan qadınlar ictimai-siyasi proseslərdə  hər zaman fəallıq nümayiş etdirirlər»- deyə, S.Hüseynova qeyd edib.