YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Komissiyası “Cənub” qaz dəhlizi layihəsini dəstəkləyir

Avropa Komissiyası “Cənub” qaz dəhlizi layihəsini dəstəkləyir və bu dəhliz ilə Azərbaycan qazına çıxışı təmin etmək mümkün olacaq.

Bu sözləri “euronews”a müsahibəsində Avropa Komissiyasının enerji və iqlim dəyişikliyi üzrə komissarı Miqel Arias Kanyete deyib.

“Avropa Komissiyası Rusiyaya olan enerji asılılığını azaltmaq üçün hansı addımları atır?” sualına cavab olaraq avrokomissar deyib: “Avropa Komissiyası üçün enerji təhlükəsizliyinin etibarlı təmin olunması prioritet məsələdir. Bunun üçün Avropanın təkcə bir bölgədən gələn enerjiyə asılı qalmaması üçün dünyanın fərqli yerlərindən qitənin enerji tələbatının təmin olunması üçün addımlar atılır. Bu məqsədlə Avropada CEF (Connecting Europe Facility) adlı enerji və qaz layihələrini dəstəkləyən bir proqram icra olunur. “Cənub” qaz dəhlizi Azərbaycanla İtaliyanı birləşdirən fərqli bir qaz boru kəməri layihəsidir. Bu dəhliz ilə biz Azərbaycan qazına çıxışı təmin edə bilərik”.

 

DİGƏR Xəbərlər Arxiv