YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: İşğalçı dövləti sülhə məcbur etmək üçün beynəlxalq hüququn tələbləri tətbiq edilməlidir

«Həmsədrlərin danışıqlar prosesini intensivləşdirmək istiqamətində təşəbbüsləri müsbət haldır». Bu fikri Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, Azərbaycan tərəfi münaqişənin həlli istiqamətində irəliyə doğru addımların atılmasının tərəfdarıdır. Onun sözlərinə görə, bu yöndə həmsədrlərin vasitəçiliyinin hələ də nəticə verməməsi təəssf doğurur.

«Ona görə də, Minsk qrupunun həmsədrləri daha ciddi addımlar atmalıdırlar. Danışıqlar prosesini intensivləşdirmək münaqişənin həlli demək deyil. Onlar işğalçı dövləti sülhə məcbur etmək üçün beynəlxalq hüququn tələblərini tətbiq etməlidirlər. Əks halda, bu vasitəçilik heç bir nəticə verməyəcək»- deyə, R.Rzayev qeyd edib.