YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞ PA missiyasının Azərbaycanda seçkilərə dair yekun məruzəsi təsdiq edildi

Avropa Şurası Parlament Assambleyası missiyasının Azərbaycanda keçirilmiş seçkilərə dair yekun məruzəsi təsdiq edilib.

AŞ PA müşahidə missiyasının Azərbaycanda noyabrın 1-də keçirilmiş parlament seçkilərinə dair yekun məruzəsi təşkilatın daimi komitəsinin iclasında təsdiq edilib.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov bildirib ki, məruzə Avropa Şurası Parlament Assambleyasının sədarət komitəsi və bürosunun Sofiyada təşkil edilmiş iclaslarında yekdilliklə qəbul edilmişdi.