YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə təkliflərlə çıxış edib

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təkliflərlə çıxış edib. Təkliflər Rusiya XİN rəhbəri Sergey Lavrovun regiona səfəri zamanı təqdim edilib.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında deyib.

E.Məmmədyarov qeyd edib ki, həmçinin, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək təklif edilib: "Biz buna razılığımızı verdik. Görüşün tezlikə baş tutacağını gözləyirik".