YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Peru Konqresində Azərbaycan dostluq qrupu yaradılıb

Peru Konqresində Azərbaycan dostluq qrupu yaradılıb.

Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib ki, konqresin xarici əlaqələr komitəsinin sədri Elias Rodriqez Zavaleta tərəfindən səfirliyə ünvanlanmış məktubda iki ölkə arasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunur. Vurğulanır ki, bu əməkdaşlıq xalqların və ölkələrin bir-birinə yaxınlaşmaslnda mühüm önəm daşıyır. Peru Konqresində Azərbaycan dostluq qrupunun yaradılması tarixi hadisədir və qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcək.

Xatırladaq ki, 2013-cü il iyunun 10-da Peru Konqresində Xocalı soyqırımına və Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə qəbul edilib. Qətnamədə Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasəti pislənib, Xocalıda baş verən hadisələr soyqırımı kimi qiymətləndirilib.

 

DİGƏR Xəbərlər Arxiv