YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Abbasov: Elmlə iqtisadiyyat sahəsinin əlaqələndirilməsi vacibdir

«Elmlə iqtisadiyyat sahəsinin əlaqələndirilməsi vacibdir. Xüsusilə innovativ iqtisadiyyatın yaradılması zəruridir». Bu fikirləri rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov deyib.

Ə.Abbasov bildirib ki, kosmik texnologiyaları da genişləndirmək, inkişaf etdirmək nəzərdə tutulur. Onun sözlərinə görə, artıq Azərbaycana məxsus yer səthinin müşahidəsi üçün peykin aşağı yer orbitinə çıxarılması, həmçinin yüksək ayırtetməli optik peykin orbitə çıxarılması istiqamətində işlər aparılır.

«Eyni zamanda, qeyd etmək istəyirəm ki, elmlə iqtisadiyyat arasında körpü, yəni innovativ iqtisadiyyat yaradılmalıdır. Bu sahədə artıq müəyyən addımlar atılır. Belə ki, sənaye və texnoloji parklar yaradılır»– deyə,  nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv