YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İspaniya şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır

İspaniyanın Asturiya vilayətinin şirkətlərinin xaricdə təbliğatını həyata keçirən “Asturex” təşkilatı Azərbaycan və Qazaxıstana səfər təşkil edib. “Asthor Agricola”, “Astrumadi Doors”, “Normagrup Technology” və “Talleres Zitron” kimi şirkətlərin təmsilçiləri noyabrın 21-dən başlayan səfər çərçivəsində energetika üzrə avadanlıqlar, dəmir yolu və metro infrastrukturu, sənaye avadanlıqları istiqamətlərində əməkdaşlıq imkanlarını araşdırırlar.

Təşkilatın İspaniya mətbuatı üçün yaydığı məlumatda Qafqazın ən böyük ölkəsi olan Azərbaycan güclü iqtisadiyyata malik və biznes imkanlarının geniş olduğu ölkə kimi xarakterizə olunur.