YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz Məmmədov: Azərbaycanın G-20 sammitində iştirakı olduqca mühüm əhəmiyyətə malikdir

Azərbaycanın dünya miqyasında, beynəlxalq aləmdə bu ilin ən mühüm hadisəsi olan “Böyük İyirmiliy”in (G-20) Antalya sammitində iştirak etməsi olduqca mühüm əhəmiyyətə malikdir.

Bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. /Trend/

O, qeyd edib ki, bu sammitdə müzakirə edilən mövzular, aparılan fikir mübadilələri və digər məsələlər uzun müddət müəyyən siyasi, analitik mərkəzlərin müzakirə mövzusu olacaq.

N.Məmmədov bildirib ki, G20 bu gün dünyanın ən mühüm qurumlarından biri hesab olunur: "Dünya iqtisadiyyatının 85 faizi, dünya ticarətinin 80 faizi G20 ölkərinin payına düşür. Bu nöqteyi-nəzərdən, G20 ölkələrinin dünyada gedən proseslərə mühüm təsiri var. Belə bir sammitin keçirilməsi həm də ona görə mühümdür ki, dünyada bu ilin əvvəlindən proseslər həddindən artıq intensivləşib, müəyyən mənada gərginləşib. Bu sammitdən 1-2 gün əvvəl, yəni təxminən eyni vaxta düşən Parisdəki terror hadisələri sammitə diqqəti daha da artırdı".