YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nurlana Əliyeva: Yeni Azərbaycan Partiyasının tarix səhnəsinə gəlməsi ictimai ehtiyacların obyektiv tələbatından yarandı

«Yeni Azərbaycan Partiyasının tarix səhnəsinə gəlməsi ictimai ehtiyacların obyektiv tələbatından yarandı. Böyük dövlət adamı, Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə təşəkkül tapan bu böyük siyasi təşkilat qısa müddətdə Azərbaycan dövlətinin siyasi, iqtisadi və sosial simasını dəyişərək ona yeni və ən müasir inkişaf tendensiyası gətirdi». Bu fikirləri YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva deyib.

N.Əliyeva bildirib ki, bu partiyanın ən böyük xidmətlərindən biri xalqın mənəvi gücünü səfərbər etmək oldu. Onun sözlərinə görə, əsl müstəqil dövlət kimi inkişaf etməyimiz və dövlət kimi qüdrətlənməyimiz də bunun məntiqi nəticəsi kimi bərqərar olub.

«Ulu öndərin azərbaycançılıq ideologiyası, milli təfəkkürün formalaşması, demokratiya prinsiplərinə sadiqlik, siyasətdə liberalizm YAP-ın əsas fəaliyyət istiqamətlərindəndir. YAP yarandığı ilk gündən mürəkkəb ictimai-siyasi prosesləri dəqiq qiymətləndirən, onlara elmi və dəqiq münasibət bildirən, siyasi hadisələri elmi-siyasi proqnozlarla dəyərləndirən bir siyasi təşkilat kimi fəaliyyətə başladı. Xüsusən bu aparıcı siyasi qüvvənin yaranması ilə demokratiya, azadlıq, müstəqillik kimi çox önəmli amillər ölkəmizdə öz təcəssümünü tapdı. Onun timsalında xalqımız siyasi mübarizənin sivil, demokratik yollarını və vəzifələrini aydın şəkildə müəyyənləşdirmək imkanı qazandı. Məhz YAP müstəqillik cığırını getdikcə genişləndirən və onu daimi edən, xalqa düzgün yol göstərən milyonların partiyasıdır. Ona görə də partiyamız xalqımızla daim olacaq. Onun etimadını davamlı olaraq qazanmaqda davam edəcək»- deyə, N”.Əliyeva vurğulayıb.