YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Komissiyası “Cənub” qaz dəhlizini əsas enerji infrastrukturu layihələri siyahısına daxil edib

Avropa Komissiyası “Cənub” qaz dəhlizini ortaq maraqlara xidmət edən (projects of common interest (PCI) əsas enerji infrastrukturu layihələri siyahısına daxil edib.

Bu barədə Avropa Komissiyasının hesabatında deyilir. Bildirilir ki, ortaq maraqlara xidmət edən layihələr enerji mənbələrini və marşrutlarını şaxələndirərək Avropanın enerji bazarlarına inteqrasiya üçün enerji birliyinin təmin olunmasına imkan verəcək. Həmin layihələr tez bir zamanda həyata keçirilməsi və investorlar üçün daha cəlbedici olduğu üçün 2014-2020-cil illəri əhatə edə CEF (Connecting Europe Facility) proqramının maraqlarına uyğundur.

Sonuncu dəfə 2013-cü ilin oktyabrında açıqlanan PCI layihələrinin siyahısı yenilənərək 108 elektrik, 77 qaz, 7 neft və 3 ağıllı (smart) şəbəkə layihələri kimi qəbul edilib. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazın Avropa bazarlarına nəqlini nəzərdə tutan “Cənub” qaz dəhlizi layihəsi də yenilənən siyahıda yer alıb.

Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu qaz boru kəməri (TANAP) və “Trans-Adriatik” (TAP), layihələr ilə yanaşı, Türkmənistan qazını Azərbaycandan keçməklə Avropa bazarına çatdırılmasını nəzərdə tutan “Transxəzər” qaz boru kəməri də ortaq maraqlara xidmət edən layihələrin siyahısına daxil edilib.

Qeyd edək ki, “Cənub” qaz dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub” qaz dəhlizi Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir.