YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisdə 18 noyabr - Uşaqların zorakılıqdan müdafiəsi gününə həsr olunmuş dəyirmi masa keçirilib

Bu gün Milli Məclisdə Uşaqların zorakılıqdan müdafiəsi gününə həsr olunmuş dəyirmi masa keçirilib.  Avropa Şurası Parlament Assambleyasında uşaq zorakılığına qarşı mübarizə sahəsində Azərbaycan üzrə baş məruzəçi, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva  bildirib ki, uşaqların təhlükəsiz, sağlam mühitdə yaşaması və hər tərəfli inkişaf etməsi hər bir dövlətin, eyni zamanda hər bir insanın mənəvi və vətəndaş borcudur. O qeyd edib ki, təəssüflər olsun ki, bugünkü narahat dünyada bunları təmin etmək bəzi dövlətlər üçün qeyri-mümkündür.

S.Fətəliyeva qeyd edib ki, AŞ Nazirlər Komitəsi tərəfindən təsis edilmiş 18 noyabr Avropa Uşaqların cinsi zorakılıqdan və cinsi istismardan müdafiəsi günü məhz bu gün ilk dəfə AŞ üzv ölkələrində, həmçinin Azərbaycanda qeyd olunur. Digər əlamətdar tarix isə 20 noyabrda “Uşaq Hüquqları Konvensiyası”nın qəbul edilməsi günüdür. Uşaq hüquqlarının müdafiəsi sahəsində qəbul olunmuş beynəlxalq və dövlətdaxili sənədlərin hazırlanmasında baza sənədi rolunu oynayan BMT-nin 1959-cu il tarixli “Uşaq Hüquqları Bəyannaməsi”, daha sonra 1989-cu il tarixli “Uşaq Hüquqları Konvensiyası” qəbul edilib.

Millət vəkili vurğulayıb ki, Azərbaycanda da Konvensiyanın əsas prinsipləri dövlət siyasəti səviyyəsində tanınır, tətbiq edilir və daim təkmilləşir. Qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasında uşaqların hüquq və mənafeyi müdafiə olunur, bu hüquqlara dövlət tərəfindən təminat verilir.

Tədbirdə, həmçinin, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib, Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Daxili İşlər Nazirliyinin idarə rəisi Adıgözəl Adıgözəlov və başqaları mövzu ətrafında çıxış ediblər.

 

DİGƏR Xəbərlər Arxiv