YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanın yeni çağırışlarları, təşəbbüsləri dünyada yüksək qiymətləndirilir və dəstəklənir

Müsahibimiz Milli Məclisin deputatı Pərvin Kərimzadə

- Pərvin xanım ölkə Prezidenti İlham Əliyevin pandemiyaya qarşı mübarizənin beynəlxalq təşkilatlar səviyyəsində aparılmasının vacibliyini gündəmə gətirməsi COVID-19-a qarşı beynəlxalq mübarizəyə nə kimi töhfələr verəcək?

- Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı yeni çağırışlarları, təşəbbüsləri, əməli addımları bütün dünyada yüksək qiymətləndirilir və dəstəklənir. Daim müasir dövrün çağırışlarına uyğun istər daxili, istərsə də xarici arenada strateji uğurlarını durmadan artıran Azərbaycan yer kürəsinə qara kabus kimi çökən pandemiya ilə mübarizədə bəşəri ideyalara sadiqliyini bir daha göstərdi. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə "COVID-19-a qarşı birlikdəyik" mövzusunda videokonfrans formatında keçirilən Zirvə görüşü dünyasiya sətçilərinin əsas mövzusuna, kütləvi informasiya vasitələrinin manşet xəbərinə çevrildi. 120 üzv dövlətin yekdil dəstəyi ilə dünyanı çalxalayan koronavirus pandemiyası ilə mübarizəyə həsr olunan Zirvə görüşündə Prezident İlham Əliyev koronavirus pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyin xatırladaraq, bu bəlanın və onun fəsadlarının aradan qaldırılması Hərəkata üzv dövlətlərin və bütün bəşəriyyətin qarşısında duran ən vacib problem olduğunu vurğuladı. Dünya birliyinin məsuliyyətli üzvü kimi Azərbaycan diqqəti COVID-19-a qalib gəlməyin mümkünlüyünə, ümumi evimizin-planetimizin üzərinə qara kabus kimi çökən bəlanın öhdəsindən qarşılıqlı dəstək və birgə səylərlə gəlməyin yollarına yönəltdi.

“Gözəgörünməz "düşmən"in - COVID-19- un topsuz-tüfəngsiz hücumlarına qarşı birgə tədbirlər görmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə əlaqədar təşəbbüsü beynəlxalq səviyyədə ictimai birliyin formalaşmasına, bütün üzv ölkələrin problemin həlli istiqamətlərində səyləri birləşdirməklə COVID-19-a qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirməsinə mühüm töhfə olacaq.

- Koronavirus pandemiyası ilə mübarizə məsələləri ilə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun daha da artmasına necə təsir göstərəcək?

- Ölkəmiz mütəmadi olaraq nüfuzlu beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edib, regional və qlobal əhəmiyyətli məsələlər, qlobal proseslər Azərbaycanda müzakirə obyektinə çevrilib.Belə ki, ölkəmiz öz təklif və təşəbbüsləri ilə sivilizasiyalararası dialoqun inkişafına, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfələr verib. Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu kimi mühüm tədbirlər, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər nüfuzlu yarışlar məhz beynəlxalq dialoq və əməkdaşlıq məkanı olan Azərbaycanda keçirilib.

Beynəlxalq müstəvidə qarşılıqlı anlaşma və əməkdaşlığa xidmət edən, sivilizasiyalararası dialoqun təşviqi və inkişafında yeni yanaşmaların, ideyaların meydana çıxmasına əlverişli zəmin yaradan tədbirlər Azərbaycanın beynəlxalq müstəvidə artan rolunun və yüksək nüfuzunun bariz nümunələrini təşkil edir.

Koronavirus pandemiyasının tüğyan etdiyi bu çətin dövrdə Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının videokonfrans formatında xüsusi sessiyasının çağırılması barədə qərarının qəbul edilməsi ölkəmizin və onun Prezidentinin dünya birliyində hörmət və nüfuzunun bariz nümunəsin daha bir nümunəsi oldu. Dünyanın 130-dək dövlətinin yüksək səviyyədə Prezident İlham Əliyevin təşəbbüsünü yekdilliklə dəstəkləməsi isə beynəlxalq birliyin Azərbaycana, onun rəhbərinə olan böyük etimad və inam göstərməsindən irəli gəlir.

Ölkə Prezidentinin təşəbbüsü Azərbaycan dövlətinin ev sahibliyi etdiyi böyük bir təşkilatda qazandığı növbəti uğur oldu. Eyni zamanda dövlət başçısının bu siyasi addımı onun yüksək liderlik qabiliyyətinə malik olmasını bir daha nümayiş etdirdi.

Sözsüz ki, pandemiya əbədi deyil, tədricən zəifləyəcək, aradan çıxacaq. Dünya ölkələri bu amansız bəlaya qarşı həmrəy olmaqla, güclərini birləşdirməklə qalib gələcəklər. Azərbaycan dövləti isə dünyanı bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməkdə və həll yollarının tapılmasında öz töhfəsini verən dövlət kimi tarixdə qalacaq.

- Ölkə Prezidenti İlham Əliyevin koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təklifi 130 dövlət tərəfindən dəstəkləndi, Ermənistandan başqa…

- Azərbaycan dövlətinin qlobal problemə çevrilən qorxunc virusa qarşı mübarizə tədbirlərində həmrəylik təşəbbüsündən narahat olan yeganə dövlət – mənfur qonşularımız oldu. Həmişə olduğu kimi, bu dəfə də mənfur qonşularımız öz məkrli siyasətindən, xudbin niyyətindən əl çəkmədi. ErmənistanAzərbaycana qarşı qərəzli mövqedə olduğunu bir daha göstərdi. Qoşulmama Hərakatı Cənubi Qafqazın bütün parametrlər baxımından lider dövləti statusunu inamla daşıyan Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən təşkilat olduğunu nəzərə alsaq Ermənistanın bu reaksiyası gözlənilənidi. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.